ABŞ nin hava hücumları: Üç nəfər həlak oldu

09.07.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

İranın Xuzistan əyalətinin Əhvaz şəhəri yaxınlığında ABŞ-nin həyata keçirdiyi hava hücumları nəticəsində üç nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazına İranın nəzarət etmək qabiliyyətini zəiflətmək məqsədilə zərbələr endirildiyini bildirmişdi. Partlayışlar İranın Əkkalə, Bəndər Abbas, Cask, İsfahan, Sirik və Çabahar liman şəhərlərində, eləcə də Əbu Musa adasında və Buşəhr əyalətinin bəzi yerlərində qeydə alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью