ABŞ nin hərbi bazaları yenə VURULDU

24.07.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İran Silahlı Qüvvələri ABŞ-nin Bəhreyn və İordaniyadakı hərbi bazalarına pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirdiyini açıqlayıb.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, ordunun mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir.  Məlumata görə, dünən gecə həyata keçirilən əməliyyat zamanı ABŞ-ın Bəhreyndə yerləşən Şeyx İsa hava bazasında yanacaq saxlama obyektləri, anbarlar və hərbi avadanlıqların saxlanıldığı anqarlar hədəfə alınıb.

"Fars" xəbər agentliyinin yaydığı bəyanatda bildirilir ki, İranın PUA-ları həmçinin İordaniyadakı Əl-Əzraq hava bazasında təyyarələrin təmiri və texniki xidmət anqarlarına, eləcə də ABŞ-yə məxsus hərbi obyektlərə zərbələr endirib.

Xatırladaq ki, ABŞ və İsrail bu il fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında isə Vaşinqton və Tehran Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. 

Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək genişmiqyaslı hərbi əməliyyatları bərpa edib.

Aişə Abdulova
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью