ABŞ nin hərbi hava gəmisi Şimali Karolinada sərt eniş edib, xəsarət alan var

08.10.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

ABŞ-nin "Osprey" hərbi konvertoplanı Şimali Karolina ştatında sərt eniş edib.

Moderator.az xəbər verir ki, bu barədə yerli WWAY telekanalı məlumat yayıb.

Bildirilib ki, təlim uçuşu zamanı Bleyden dairəsindəki meşə massivində baş verən insident nəticəsində hərbçilərdən biri yanıq xəsarətləri alıb, o, xəstəxanaya yerləşdirilib.

Təyyarənin göyərtəsində ümumilikdə 4 amerikalı dəniz piyadası olub. Digər detallar açıqlanmır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью