“ABŞ nin hərbi hazırlığı İranda müharibəni qaçılmaz edir”

29.01.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

“Hazırda bölgədə baş verən proseslər, ABŞ-ın hərbi hazırlığı və Yaxın Şərq regionunda, xüsusilə İran sərhədlərinə yaxın ərazilərdə hərbi kontingent yerləşdirməsi müharibənin qaçılmaz olduğuna işarə edir”.

Gununsesi.info bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev deyib.

“ABŞ artıq 200-ə yaxın hərbi təyyarəsini regiona cəlb edib, “Abraham Lincoln” aviadaşıyıcısı əraziyə gətirilib. Qətər və İordaniyada yerləşən ABŞ hərbi hissələri də döyüş vəziyyətinə gətirilib.

Görünən odur ki, böyükmiqyaslı müharibəyə ciddi hazırlıq gedir və bu proses ABŞ üçün böyük büdcə xərcləri tələb edir. Bu hazırlığı sadəcə İranı qorxutmaq, İsraili qorumaq və ya ABŞ-ın hegemonluğunu nümayiş etdirmək kimi qiymətləndirmək olmaz. Bu, birbaşa müharibəyə hazırlıqdır və yaxın günlərdə ABŞ-ın İrana hücumunun şahidi ola bilərik.

Əlbəttə, müharibə arzuolunan deyil, lakin mövcud vəziyyət onun qaçılmaz olduğunu göstərir. Məsələ təkcə İranın siyasi və hərbi rəhbərliyinin sıradan çıxarılması ilə məhdudlaşmır. Görünən odur ki, ABŞ bu qədər hərbi qüvvəni regiona toplayıbsa, deməli, İranda hakimiyyət dəyişikliyinə yönəlmiş addımlar atmaq niyyətindədir”.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью