Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-nin son iki gündə İranın 5 əyalətinə endirdiyi zərbələr nəticəsində ən azı 14 nəfər ölüb, 78 nəfər yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin rəhbəri Hüseyn Kermanpur “X” sosial sosial şəbəkə səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, yaralılardan 47-si xəstəxanadadır, qalanları isə tibbi yardım aldıqdan sonra evə buraxılıb.
Qeyd edək ki, ABŞ-nin İranı Hörmüz boğazından keçən üç ticarət gəmisinə hücum etməkdə günahlandırmasından sonra gərginlik başlayıb və bu, Vaşinqtonu İranın cənub sahili boyunca İran hərbi hədəflərinə ardıcıl hücumlar etməsi ilə nəticələnib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, əməliyyatlar iki gün ərzində 170-dən çox hərbi obyekti, o cümlədən hava hücumundan müdafiə sistemlərini, sahil müşahidə vasitələrini, raket və pilotsuz təyyarə infrastrukturlarını, dəniz limanlarını və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus obyektləri hədəf alıb.
CENTCOM zərbələrin məqsədinin beynəlxalq gəmiçiliklərə qarşı gələcək hücumların qarşısını almaq olduğunu qeyd edib.
İran hücumlara Bəhreyn və Küveytdəki ABŞ hərbi obyektlərinə qarşı dron və raket hücumları ilə cavab verib.
Xatərladaq ki, İran və ABŞ iyunun 17-də Pakistanın vasitəçiliyi ilə hərbi münaqişəyə son qoymaq və davamlı sülh razılaşması üçün yol açmaq məqsədilə anlaşma memorandumu əldə ediblər. Lakin çərşənbə günü ABŞ Prezidenti Donald Tramp memorandumun bitdiyini elan edərək, faktiki olaraq razılaşmaya son qoyub və hərbi qarşıdurmanın yeni mərhələsinə səbəb olub.