ABŞ nin hücumlarında İranda 18 nəfər ölüb

02.09.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

ABŞ-nin İranın Hörmüz boğazındakı mövqelərinə endirdiyi zərbələr nəticəsində 18 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Modern.az IRIB-yə istinadən xəbər verir ki, bunu İranın səhiyyə naziri Məhəmmədrza Zəfərqəndi bildirib.

"Ötən gecə ölkənin müxtəlif vilayətlərinə edilən hücumlarda 18 nəfər ölüb və 108 həmvətənimiz yaralanıb", - o bildirib.

Xatırladaq ki, sentyabrın 1-də ABŞ Silahlı Qüvvələri Hörmüz boğazındakı İran obyektlərinə hava hücumu edib. İran isə ABŞ-nin Yaxın Şərqdəki bazalarına cavab zərbələri endirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью