ABŞ nin hücumlarından sonra İranda onlarla ölü, yüzlərlə yaralı var RƏSMİ

24.07.2026

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkə.az xəbər verir ki, bunu İslam Respublikası Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur sosial media hesabında yazıb. 

O deyib ki, Birləşmiş Ştatlar hava hücumlarını yenidən bərpa edəndən bəri 629 nəfər yaralanıb, 55 nəfər ölüb.

H.Kermanpurun sözlərinə görə, ölənlər arasında altı qadın və üç azyaşlı var.

Səhiyyə Nazirliyinin nümayəndəsi onu da bildirib ki, yaralılardan 36 nəfərin müalicəsi hələ də xəstəxanalarda davam edir.

Xatırladaq ki, Vaşinqton Tehranı Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək, iyulun 8-də İrana qarşı genişmiqyaslı hücumları bərpa edib.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью