ABŞ nin İran yük gəmisinə endirdiyi zərbə nəticəsində beş dənizçi itkin düşüb

08.05.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 8 may, AZƏRTAC

İran rəsmisinin sözlərinə görə, cümə axşamı günü ABŞ-nin Hörmüz boğazı və Oman körfəzi yaxınlığında İran yük gəmisinə endirdiyi zərbə nəticəsində beş dənizçi itkin düşüb, 10 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, İranın “Mehr” informasiya agentliyinin məlumatına görə, İranın cənubundakı Minab vilayətinin qubernatoru Məhəmməd Radmehr Kolahi rayonunun sakinlərinə məxsus mülki yük gəmisinin strateji su yolu yaxınlığında ABŞ ordusu tərəfindən vurulduğunu bildirib. O əlavə edib ki, zərbədən sonra gəmidə yanğın baş verib. Qubernator gadisə zamanı gəmidə 15 dənizçinin olduğu bildirib və əlavə edib: “Yaralı dənizçilər xəstəxanaya köçürülüb, yerli qruplar və xilasetmə dəstələri qalan dənizçilərin axtarışını davam etdirir.

Hadisə İran mediasının ABŞ dəniz qüvvələrinin Vaşinqtonun Hörmüz boğazında İslam İnqilabı Keşikçiləri Korpusunun raket qayıqları adlandırdığı gəmiləri hədəf alması barədə xəbərlərindən bir neçə gün sonra baş verib. İran mediası daha sonra gəmilərin mülki balıqçı və yük gəmiləri olduğunu iddia edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью