Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi kampaniyanın 2027-ci ilin yanvar ayının sonunadək maliyyələşdirildiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, o, bu barədə “The New York Post” qəzetinə müsahibəsində danışıb.
Tramp bildirib ki, Demokratlar Konqresin hər iki palatasında çoxluğu əldə edəcəkləri təqdirdə, İrana qarşı hərbi əməliyyatlarla bağlı qərarların qəbuluna təsir göstərə bilərlər.
Dövlət başçısı həmçinin Demokratları ölkənin əldə etdiyi uğurları məğlubiyyətə çevirməyə çalışmaqda ittiham edib.