ABŞ nin İrana qarşı yeddi saatlıq növbəti hücumu

15.07.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı və İranın sahil əraziləri yaxınlığında yerləşən onlarla hərbi hədəfə zərbələr endirərək İrana qarşı növbəti hərbi əməliyyatı başa çatdırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə komandanlığın yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, ABŞ-nin qırıcı təyyarələri, pilotsuz uçuş aparatları və hərbi dəniz qüvvələri yeddi saat davam edən əməliyyat zamanı İranın raket və pilotsuz uçuş aparatları infrastrukturu, dəniz qüvvələrinə məxsus obyektlər və sahil müdafiə sistemlərinə yüksək dəqiqlikli sursatlarla zərbələr endirib.

Açıqlamaya əsasən, əməliyyat nəticəsində İranın kommersiya gəmiçiliyinə və mülki heyətə təhdid yaratmaq imkanları daha da zəiflədilib.

“Bu hücumlar ABŞ qüvvələrinin İran limanlarına və sahil ərazilərinə hərəkət edən gəmilərə qarşı dəniz blokadasını bərpa etdiyi gün həyata keçirilib”, – deyə açıqlamada vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью