ABŞ nin İranla münaqişədə hərbi xərcləri 47 milyard dollara çatıb

28.10.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 28 oktyabr, AZƏRTAC

ABŞ-nin İranla münaqişə çərçivəsində hərbi əməliyyatlara çəkdiyi xərclər 47 milyard dollara çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Hill” qəzeti ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Konqresə təqdim etdiyi hesablamalara istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, oktyabrın 16-na olan göstərici sentyabrın əvvəlində qeydə alınan 43,6 milyard dollarla müqayisədə 3 milyard dollardan çox artıb.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Sonrakı aylarda tərəflər arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmalar əldə olunsa da, qarşılıqlı ittihamlar və gərginlik davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью