ABŞ nin İsraildəki səfirliyi fəaliyyətini bərpa edir

25.06.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

ABŞ-nin İsraildəki səfirliyi bu gündən fəaliyyətini bərpa edir.

Oxu.Az "Ynet" nəşrinə istinadən xəbər verir ki, eyni zamanda, səfirlik əməkdaşlarına və onların ailələrinə Tel-Əviv, Qüds və Beer Şevadan kənara səyahət etmək qadağandır.

Məlumatda qeyd edilib ki, ABŞ vətəndaşlarına ilk fürsətdə İsraili və ya Fələstin Muxtariyyətini tərk etmə tövsiyəsi də qüvvədə qalır.

"İyunun 25-i səhər Qüds və Təl-Əvivdə konsulluq xidmətləri, o cümlədən ABŞ vətəndaşları üçün pasport və doğum haqqında şəhadətnamələrin verilməsi tam şəkildə bərpa olunacaq. Viza xidmətləri bazar ertəsi, iyunun 30-da bərpa olunacaq", - deyə nəşr bildirib.

Xatırladaq ki, İsrail və İran arasında aktiv hərbi əməliyyatlar zamanı ABŞ səfirliyinin işi dayandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью