ABŞ nin İtaliyadakı aviabazası BAĞLANDI

26.02.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

ABŞ-nin İtaliyada yerləşən aviabazası nəzarət-buraxılış məntəqəsində baş verən insident səbəbindən bağlanıb.

Oxu.Az-ın "Newsweek" nəşrinə istinadən xəbərinə görə, bu barədə bazanın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, fevralın 26-da səhər saatlarında İtaliyanın Siciliya adasında yerləşən ABŞ-nin "NAS Sigonella" hərbi-dəniz aviabazasının nəzarət-buraxılış məntəqəsində qeyri-müəyyən insident baş verib.

"Mövcud vəziyyətlə əlaqədar "NAS Sigonella" (NAS 2) nəzarət-buraxılış məntəqəsində bloklama yerində sığınacaq rejimi qüvvədə qalır", - deyə bildirilib.

Qeyd olunur ki, insidentlə əlaqədar ABŞ və İtaliyanın birgə silahlı qüvvələrinin yurisdiksiyasında olan bazanın nəzarət-buraxılış məntəqələrinə daxil olan və çıxan nəqliyyat vasitələrinə xüsusi nəzarət həyata keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью