ABŞ nin Kanadaya tətbiq etdiyi polad və alüminium rüsumları 50% ə çata bilər

12.02.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin Kanada polad və alüminium ilə bağlı rüsumları 25% əvəzinə 50% ola bilər.

APA xəbər verir ki, bu barədə çərşənbə axşamı Kanada mətbuatı Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

O bildirib ki, Kanadadan gələn metallara rüsumlar qüvvəyə minərsə, bu rüsumlar ABŞ prezidenti Donald Trampın əvvəllər tətbiq edəcəyini vəd etdiyi bütün Kanada mallarına 25% məbləğində digər rüsumlara əlavə olunacaq.

Qeyd edək ki, fevralın 1-də Tramp Kanada və Meksikadan idxal edilən mallara 25% rüsum tətbiq edən sərəncam imzalayıb.

Fevralın 10-da isə Tramp martın 12-də bütün polad və alüminium idxalına 25%-lik gömrük rüsumunun tətbiq edilməsini əmr edib.

Qərar Kanadadan gələn idxallara da şamil edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью