ABŞ nin kəşfiyyat PUA sı vurulub SEPAH

21.11.2026

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkə.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən "Tasnim" agentliyi məlumat yayıb.

"Bir neçə dəqiqə əvvəl SEPAH-ın Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə bölmələrinin döyüşçüləri hava məkanını pozan düşmənə məxsus bir kəşfiyyat PUA-sını Şimali Fars körfəzində, Buşehr sahillərində dəqiq və effektiv atəşlə vuraraq məhv ediblər", - SEPAH-dan bildirilib.

Qeyd olunub ki, İranın hava məkanının hər hansı şəkildə pozulması qətiyyən qəbul edilməyəcək: "Düşmənin müxtəlif kəşfiyyat və hərbi texnikalardan istifadə cəhdləri döyüşçülərin sayıqlığı, hazırlığı və qətiyyətli cavabı ilə qarşılanacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью