ABŞ nin maliyyə naziri İrandan neft alan yeganə ölkənin adını çəkdi

30.06.2026

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Hazırda İrandan neft alan yeganə ölkə Çindir. Digər dövlətlər isə ABŞ-nin Tehrana qarşı sanksiyalarının yenidən sərtləşdirilməsi ehtimalından ehtiyat edirlər".

Moderator.az xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent "Fox News" telekanalına müsahibəsində bildirib.

"Yalnız Çinin bu nefti alması olduqca maraqlıdır. Üstəlik, onlar bunu İran neftinə sanksiyalar tətbiq olunduğu dövrdə də edirdilər", - deyə nazir qeyd edib.

Bessentin sözlərinə görə, İran Çinə nefti endirimli qiymətlə satır. O iddia edib ki, potensial alıcılar ABŞ-nin sanksiyalarına məruz qalmaqdan ehtiyat etdikləri üçün İran neftini almaqdan imtina edirlər.

"Məhz bu səbəbdən iranlılar hazırda ABŞ ilə danışıqlar aparırlar", - deyə o əlavə edib.

Xatırladaq ki, iyunun 22-də ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) avqustun 21-dək iranmənşəli neft, neft-kimya məhsulları və neft məhsullarının istehsalı, satışı, tədarükü və daşınması ilə bağlı bir sıra əməliyyatları, o cümlədən sanksiya siyahısında olan gəmilərin iştirakı ilə həyata keçirilən əməliyyatları sanksiya rejimindən müvəqqəti azad etdiyi məlum olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью