ABŞ nin mesajını İrana çatdıran məmur kimdir?

21.08.2025

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tehran və Vaşinqton arasında birbaşa danışıqların olmadığı bir vaxtda İsveçrə rəsmisi ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun mesajını İrana çatdırıb.

"Cebheinfo.az" xəbər verir ki,  bunu İSNA yazıb.

Livanın “Əl-Məyadin” telekanalı  isə Qərb diplomatik mənbələrinə istinadən xəbər verir ki, İsveçrənin xarici işlər nazirinin müavini və milli təhlükəsizlik müşaviri Qabriel Luçsinqer Uitkofun mesajını İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə görüşdə ona ötürdüyü deyir. 

Dünən axşam keçirilən görüşdə nüvə məsələsi və regional təhlükəsizlik mövzularının müzakirə edildiyi vurğulanıb. 

“Əl-Məyadin” qeyd edib ki, Amerikanın mesajında müharibənin baş verməyəcəyinə dair təminatlar və danışıqlara başlamağa hazır olduqları açıqlanıb.

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью