Icma.az bildirir, Bakivaxti portalına istinadən. Beynəlxalq ekspertlərə görə, Tramp ikinci prezidentliyi dövründə tarifləri xarici siyasətin
Bu böhran Aİ daxilində ABŞ ilə münasibətlərin yenidən nəzərdən keçirilməsi müzakirələrini də gücləndirib.
Maraqlıdır ki, Aİ-nin sərt reaksiyası ABŞ-nin mövqeyini yumşalda bilərmi?Mövzu ilə bağlı politoloq Kamran Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Avropa İttifaqının sərt və vahid cəbhədən reaksiya verməsi ABŞ-nin mövqeyini qısa müddətdə yumşaltmasa da, Vaşinqtonu hesablamalarını yenidən nəzərdən keçirməyə məcbur edə bilər.Kamran Məmmədli: Aİ daxilindəki fikir ayrılıqları bu reaksiyanın effektini azalda bilərOnun sözlərinə görə, Aİ yalnız diplomatik etirazlarla kifayətlənməyib, ABŞ-nin iqtisadiyyatı üçün həssas olan sektorlara (məsələn, kənd təsərrüfatı və ya texnologiya) qarşı simmetrik cavab tədbirləri tətbiq edərsə, bu, ABŞ daxilindəki biznes lobbilərinin Ağ Evə təzyiqini artıra bilər:“Keçmiş təcrübələr göstərir ki, Tramp administrasiyası "maksimum təzyiq" taktikasından istifadə etsə də, real iqtisadi itkilər və bazar qeyri-müəyyənliyi artdıqda daha praqmatik sövdələşmələrə meyl edir.
Buna baxmayaraq, Aİ daxilindəki fikir ayrılıqları bu reaksiyanın effektini azalda bilər.
Bəzi Avropa ölkələri ABŞ ilə fərdi şəkildə razılığa gəlməyə çalışarsa, bu, Aİ-nın kollektiv gücünü zəiflədə və Vaşinqtonun sərt xəttini davam etdirməsinə şərait yarada bilər”.Politoloq hesab edir ki, ABŞ-nin mövqeyini yumşaldması Aİ-nın atacağı addımın nə dərəcədə ciddi olmasından və onların vahid mövqedən çıxış edib-etməyəcəyindən asılıdır.Gülşən Şərif Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.