ABŞ nin müdafiə naziri haqqında araşdırma başladılıb Gizli məlumatları yaydığı üçün

04.04.2025

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

ABŞ-nin müdafiə naziri Pit Heqsetin Yəməndə husilərə qarşı hücumlarla bağlı gizli hərbi məlumatları “Signal” mesajlaşma proqramı vasitəsilə paylaşdığı iddiaları ilə bağlı araşdırma başladılıb.

“AzPolitika” xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb.

Nəşr yazır ki, senatın Silahlı Qüvvələr Komitəsinin tələbi ilə araşdırmaya başlayan Stebbins, Heqsetdən araşdırma üçün lazımi materialları təhvil verməsinin tələb olunacağını bildirib.

Komitənin yüksək səviyyəli üzvü Cek Rid “X” sosial media platformasından etdiyi paylaşımda məsələ ilə bağlı müstəqil araşdırma aparmağa çalışdığını qeyd edib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью