Icma.az, Missiya.az portalına istinadən məlumat verir.
“ABŞ-nin NATO-dan çıxmaq planı yoxdur”.
Missiya.Az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Brüsseldə NATO xarici işlər nazirlərinin görüşü zamanı çıxış edərkən deyib.
“Unutmayın ki, Birləşmiş Ştatlar NATO-nun bir hissəsidir”, - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp NATO-nu dəstəklədiyini aydın şəkildə bəyan edib.
"Biz NATO-da qalacağıq. O, bunu açıq şəkildə bildirdi", - deyə Rubio bildirib.
Daşqın Həsənov
Missiya.Az