Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 4 iyun, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının kommersiya xam neft ehtiyatlarında azalma müşahidə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 8 milyon barel azalaraq 433 milyon 700 min barel olub. Bazar proqnozları ehtiyatların 2 milyon 900 min barel azalacağı istiqamətində idi.
Birləşmiş Ştatların kommersiya ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da 8 milyon barel geriləyərək 357 milyon 100 min barel olub. Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 3 milyon 400 min barel artaraq 215 milyon barel təşkil edib.