ABŞ nin neft ehtiyatları azalıb

24.06.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 24 iyun, AZƏRTAC

Ötən hesabat həftəsində ABŞ-nin kommersiya xam neft ehtiyatları 765 min barel azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Amerika Neft İnstitutunun (API) məlumatında deyilir.

“Bloomberg”in məlumatına görə, Oklahoma ştatındakı Kuşinq anbarında xam neft ehtiyatları isə keçən həftə daha 1 milyon barel azalıb. Əgər bu rəqəm rəsmi məlumatlarla təsdiqlənərsə, ehtiyatlar 20 milyon barel hesab edilən minimum əməliyyat səviyyəsindən aşağı düşəcək.

Ekspertlərin fikrincə, dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-də güclü tələbatı göstərən bu məlumatlar neft qiymətlərinə olan aşağı təzyiqi qismən aradan qaldırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью