ABŞ nin neft ehtiyatları azalır

29.10.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 29 oktyabr, AZƏRTAC

ABŞ-nin kommersiya xam neft ehtiyatları azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 1 milyon 900 min barel azalaraq 410 milyon 600 min barel olub. Bazar proqnozları ehtiyatların 100 min barel artacağı istiqamətində idi.

Birləşmiş Ştatların kommersiya ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları 100 min barel azalaraq 282 milyon 600 min barel səviyyəsində qalıb. Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 3 milyon 900 min barel artaraq 209 milyon 200 min barel təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью