ABŞ nin neft ehtiyatları proqnozlardan 10 dəfə çox azalıb

03.09.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 3 sentyabr, AZƏRTAC

ABŞ-nin kommersiya xam neft ehtiyatları azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 4 milyon 500 min barel azalaraq 424 milyon 500 min barel olub. Bazar proqnozları ehtiyatların 400 min barel azalacağı istiqamətində idi.

Birləşmiş Ştatların kommersiya ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da 3 milyon 100 min barel geriləyərək 286 milyon 600 min barel olub. Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 1 milyon 200 min barel azalaraq 205 milyon 700 min barel təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью