ABŞ nin neft istehsalı azalıb

07.05.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 7 may, AZƏRTAC

Birləşmiş Ştatların xam neft hasilatı azalır.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

EIA-ya görə, ötən hesabat həftəsində ABŞ-nin neft hasilatı 13 min barel azalaraq sutkada orta hesabla 13 milyon 573 min barel olub. Keçən həftə ABŞ-nin neft idxalı da əvvəlki həftəyə görə 273 min barel azalaraq sutkalıq 5 milyon 477 min barel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 1 milyon 688 min barel geriləyərək gündəlik 4 milyon 750 min barel təşkil edib.

Cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik orta hesabla 13 milyon 510 min barel olacağı gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью