ABŞ nin neft istehsalı azalıb

23.07.2026

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Birləşmiş Ştatların xam neft hasilatı azalır.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

EIA-ya görə, ötən hesabat həftəsində ABŞ-nin neft hasilatı 63 min barel azalaraq sutkada orta hesabla 13 milyon 798 min barel olub.

Keçən həftə ABŞ-nin neft idxalı əvvəlki həftəyə görə 117 min barel artaraq sutkalıq 5 milyon 806 min barel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 368 min barel geriləyərək gündəlik 3 milyon 353 min barel təşkil edib.

Cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik orta hesabla 13 milyon 780 min barel olacağı gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью