Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İrandakı gərginlik fonunda ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə enerjisi ilə işləyən aviadaşıyıcı gəmisi - "USS Abraham Linkoln" və müşayiətedici zərbə qrupu Hind okeanına girərək, Yaxın Şərqə doğru irəliləyir.
Oxu.Az xəbər verir bu barədə "Marine Traffic"in məlumatlarında bildirilib.
Xəbərə görə, "Tomahawk" raketləri ilə silahlanan "USS Spruance", "USS Michael Murphy" və "USS Frank Petersen" esmineslərinin müşayiəti ilə aviadaşıyıcı gəmi Cənubi Çin dənizində Malakka boğazından Hind okeana keçidini başa çatdırıb.
ABŞ Hərbi Dəniz Qüvvələri qrupu hazırda qərbə doğru hərəkət edir.
Qeyd olunur ki, "USS Abraham Linkoln" aviadaşıyıcında üç eskadrilya "F/A-18" və bir eskadrilya "F-35C" beşinci nəsil qırıcı təyyarələri var.
"The Jerusalem Post" qəzetinin məlumatına görə, gəmi və onu müşayiət edən esmineslərin ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərqdəki məsuliyyət zonasına 5-7 gün ərzində çatması gözlənilir.
Nəşr həmçinin ötən həftə sonu İordaniyaya 12 ABŞ "F-15" qırıcı təyyarəsinin gəldiyini bildirib.