ABŞ nin nüfuzlu qəzetində Zelenski baş nazir kimi təqdim olunub

26.05.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

ABŞ-nin nüfuzlu "New York Post" (NYP) qəzetində Ukrayna Prezidenti Volodimir Zelenskinin vəzifəsi yanlış təqdim olunub.

Oxu.Az məlumatına görə, qəzetin Rusiya ordusunun cəbhə xətti boyunca yerləşən daha üç yaşayış məntəqəsini həftəsonu nəzarətə götürməsi ilə bağlı materialında Zelenski "Ukraynanın baş naziri" kimi göstərilib.

Bu hadisə Zelenskinin Vaşinqton və onun müttəfiqlərini Moskvanın hücumlarından sonra passiv mövqe tutduqlarına görə tənqid etməsinin ardınca baş verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью