ABŞ nin ölkəmizlə bağlı şərhləri hörmətsizlikdir”

28.04.2025

Icma.az bildirir, Operativ MM portalına istinadən.

Qrenlandiyanın Baş naziri Jens-Frederik Nielsen ABŞ-nin ölkəsi ilə bağlı bəyanatlarını hörmətsizlik adlandırıb və Qrenlandiyanın heç vaxt satın alına biləcək bir mülk olmadığını deyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Nielsen Danimarkaya səfəri zamanı keçirdiyi mətbuat konfransında ABŞ-nin Qrenlandiyaya nəzarət etmək istəyi ilə bağlı qiymətləndirmələr edib.

Baş nazir Vaşinqton rəhbərliyi ilə dialoqa açıq olduqlarını ifadə edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp vəzifəyə qayıtdıqdan sonra Qrenlandiyanı ölkəsinin nəzarəti altına almaq istəyini tez-tez dilə gətirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью