ABŞ nin Oreqon ştatında GÜCLÜ ZƏLZƏLƏ

26.09.2025

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-nin Oreqon ştatının sahillərində 5,9 maqnitudalı zəlzələ qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatında deyilir.

Zəlzələnin episentri Kus-Bey liman şəhərindən 230 km qərbdə, ocağı 10 km-dən artıq dərinlikdə yerləşib.

Zəlzələ 163 min əhalisi olan Yucin şəhərindən (Oreqon ştatının ikinci ən böyük şəhəri - red.) 338 km cənub-qərbdə baş verib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью