Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens və həyat yoldaşı Uşa Vens bazar ertəsi Ermənistana səfər ediblər.
"Cebheinfo.az" xəbər verir ki, Vens Baş nazir Nikol Paşinyanın iştirakı ilə mülki nüvə enerjisi danışıqlarını irəli aparmaq qərarına gəlib.
Amerika Birləşmiş Ştatları həmçinin Ermənistana qabaqcıl kompüter çipləri ixrac edəcək və müşahidə PUA-larının satışı həyata keçiriləcək. Bunlarla yanaşı, ölkə infrastrukturuna investisiyalar planlaşdırılır.
Paşinyan bu səfəri "iki ölkə arasındakı strateji tərəfdaşlığın əksi" kimi xarakterizə etdi və bunun tarixi əhəmiyyət daşıdığını vurğulayıb.
Qarabağ müharibəsində Azərbaycanın bölgəni yenidən öz torpaqlarına qatmasından sonra Qafqaza böyük maraq göstərən Tramp Azərbaycan və Ermənistana investisiyalar qoymağa hazırlaşır.
Liderlər avqust ayında Ağ Ev səviyyəsində bir araya gəldilər və sülh müqaviləsi üçün öhdəlik götürüldü.
Trampın investisiyaları arasında ən mühümü Zəngəzur dəhlizi, yaxud Trampın verdiyi adla “Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) strateji nəqliyyat dəhlizinin açılmasıdır.
Bu marşrut Azərbaycan ilə Naxçıvan bölgəsini bir-birinə bağlayacaq. Ermənistan torpaqlarından keçən bir quru yolu körpüsü inşa ediləcək. Bu dəhliz ABŞ tərəfindən idarə olunacaq.
Dəhlizin ABŞ üçün ən mühüm xüsusiyyəti İran və Rusiyanı bir-birindən qoparan ən mühüm maneə olmasıdır. Həmçinin bu xətt üzərindən qaz və neft kəmərləri keçəcək. Bunun üçün ilk şərt bölgədə sülhün olmasıdır.
“Sülh ehtiyatlı insanlar tərəfindən qurulmur. Sülh keçmişə çox diqqət yetirən insanlar tərəfindən qurulmur. Sülh gələcəyə fokuslanan insanlar tərəfindən qurulur”, - deyə Vens bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin