Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Avqustun 3-dən etibarən ABŞ 75 ölkənin vətəndaşları üçün qeyri-immiqrasiya vizalarının verilməsi zamanı 20 min ABŞ dollarına qədər viza girovunu daimi əsasda tətbiq edəcək.
Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bildirişdə deyilir.Qeyd olunub ki, ABŞ 2025-ci ilin avqustunda pilot proqram çərçivəsində bəzi ölkələrin vətəndaşlarından ABŞ ərazisini vaxtında tərk etmələrini təmin etmək məqsədilə 5 min dollardan 15 min dollara qədər viza girovu tələb etməyə başlamışdı. Həmin proqrama 50 ölkə, o cümlədən 30 Afrika dövləti daxil edilmişdi. Yeni qərara əsasən, 20 avqust 2025-ci il tarixli müvəqqəti proqram daimi xarakter alacaq.
Bildirişdə qeyd olunur ki, konsulluq əməkdaşları B-1 (işgüzar səfər) və B-2 (turizm) kateqoriyaları üzrə qeyri-immiqrasiya vizası üçün müraciət edən şəxslərdən vizanın verilməsi şərti kimi 20 min ABŞ dollarınadək girov tələb edə bilərlər.
Beləliklə, ABŞ Xarici İşlər Nazirliyi 75 ölkə üçün bütün viza prosedurlarını qeyri-müəyyən müddətə dayandırıb.
Həmin ölkələrin siyahısında Türkiyə yoxdur.
“Cebheinfo.az” siyahını təqdim edir:
1) Əfqanıstan
2) Albaniya
3) Əlcəzair
4) Antiqua və Barbuda
5) Ermənistan
6) Azərbaycan
7) Baham adaları
8) Banqladeş
9) Barbados
10) Belarus
11) Belize
12) Buhar
13) Bosniya-Hersoqovina
14) Braziliya
15) Myanmar
16) Kamboca
17) Kamerun
18) Kabo- Verde Respublikası
19) Kolimbiya
20) Fildişi Sahili
21) Kuba
22) Konqo Demokratik Respublikası
23) Dominikan
24) Misir
25) Eritrea
26) Efiopya
27) Fiji
28) Qambiya
29) Gürcüstan
30) Qana
31) Qrenada
32) Quetemala
33) Qvineya
34) Haiti
35) İran
36) İraq
37) Yamayka
38) İordaniya
39) Qazaxıstan
40) Kosovo
41) Küveyt
42) Qırğızıstan
43) Laos
44) Livan
45) Liberiya
46) Liviya
47) Şimali Makedoniya
48) Moldova
49) Monqolustan
50) Çernoqoriya
51) Mərakeş
52) Nepal
53) Nikaraqua
54) Nigeriya
55) Pakistan
56) Konqo Respublikası
57) Rusiya
58) Ruanda
59) Sain Kitts və Nevis
60) Saint Lucia
61) Sent Vinsent və Qrenadinlər
62) Seneqal
63) Sierra Leone
64) Somali
65) Cənubi Sudan
66) Sudan
67) Suriya
68) Tanzaniya
70) Toqo
71) Tunis
72) Uqanda
73) Uruqvay
74) Özbəkistan
75) Yəmən.
Nigar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin