“ABŞ nin Qrenlandiyaya marağı geostrateji və hərbi xarakter daşıyır” | Icma.az
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi praktiki və siyasi baxımdan mümkün ssenari hesab olunmur.
Qrenlandiya Danimarka Krallığının tərkibində muxtar statusa malikdir və onun beynəlxalq-hüquqi mövqeyi aydındır.
Ərazinin statusunun dəyişməsi yalnız Qrenlandiya əhalisinin iradəsi, referendum və Danimarkanın razılığı ilə baş tuta bilər”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu söyləyib.
O qeyd edib ki, hazırkı siyasi reallıqlarda nə Kopenhagen, nə də Nuuk ABŞ-yə birləşmə ideyasını gündəmə gətirir: “ABŞ-nin Qrenlandiyaya marağı ilhaqdan çox geostrateji və hərbi xarakter daşıyır.
Arktika regionu böyük güclər arasında rəqabətin mərkəzinə çevrilib və Vaşinqton bu bölgədə mövqelərini gücləndirməyə çalışır.
ABŞ-nin Qrenlandiyada hərbi bazasının mövcudluğu da bu marağın praktik ifadəsidir”.
Tam oxu
Xəbəri oxu