ABŞ nin raket ehtiyatları tükəndi, təcili…

30.07.2026

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə.az xəbər verir ki, ABŞ ordusu müdafiə şirkəti “Lockheed Martin” ilə mövcud raket sifarişini 53,9 milyard dollar artırıb.

Aprel ayında verilən ilkin 4,7 milyard dollarlıq sifarişə edilən düzəlişdən sonra Patriot raketlərinin ümumi müqavilə dəyəri 58,6 milyard dollara yüksəlib.
Qərarın İranla müharibədən sonra ABŞ ordusunun hava hücumundan müdafiə sistemlərinə artan tələbatını ödəmək məqsədi daşıdığı bildirilir.

Pentaqon özünü yalnız Patriot sistemləri ilə məhdudlaşdırmayıb.
Nazirlik həmçinin “Lockheed Martin” ilə ballistik raket təhdidlərinə qarşı istifadə edilən Terminal High Altitude Area Defense (THAAD) tutucu raketləri üçün 35 milyard dollar dəyərində ilkin müqavilə imzalayıb.

ABŞ Müdafiə Nazirliyi aprel ayında “Boeing” və “Lockheed Martin” şirkətləri ilə vacib raket komponentlərinin istehsalını artırmaq üçün çərçivə müqavilələri imzaladığını açıqlayıb.
Razılaşmalara əsasən, məqsəd Patriot hava hücumundan müdafiə sistemlərinin hədəfləri tutmasına imkan verən axtarış başlıqlarının istehsal gücünü üçqat artırmaqdır.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью