Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
İraq hərbi eksperti Adnan əl-Kinani bildirib ki, ABŞ-nin raket sınaqları yalnızca qorxutma məqsədi daşımır, bunun arxasında Rusiyanın inkişaf etmiş yüksək dəqiqlikli silahları ilə bağlı narahatlıqlar dayanır.
"Cebheinfo.az" xəbər verir ki, “Sputnik” agentliyinə verdiyi açıqlamada əl-Kinani Vaşinqtonun bu cür sınaqları sadəcə güc nümayişi deyil, əslində Rusiyanın silah texnologiyasında irəliləyişindən doğan narahatlığın göstəricisi olduğunu deyib:
“ABŞ artıq Rusiyanın yeni nəsil silahlarının Qərb və Amerika texnologiyalarından üstün olduğunu qəbul edir”, – deyə ekspert vurğulayıb.
O əlavə edib ki, nüvə silahlarının mövcud münaqişələrə daxil edilməsi dünya üçün son dərəcə təhlükəli nəticələr doğura bilər. Nüvə faktorunun işə düşməsi, şübhəsiz ki, hadisələrin təhlükəli şəkildə inkişafına işarədir və bu, dünya xalqları üçün böyük itkilərlə nəticələnə biləcək genişmiqyaslı müharibəyə yol aça bilər.
Əl-Kinani bildirib ki, ABŞ-nin qlobal hegemonluğunu qorumaq üçün Rusiyanı zəiflətmək cəhdləri Moskvanı daha ciddi mübarizəyə sürükləyəcək. Bu prosesin nəticəsində Rusiya nüvə balansı üzərindən yeni güc bölgüsü yaratmaq və beynəlxalq təsir xəritəsini yenidən cızmaq məqsədilə Çin, Şimali Koreya və İranla ittifaqlarını gücləndirəcək.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin