ABŞ nin rekord hərbi büdcəsi 1 trilyon dollar!

08.04.2025

Azvision saytına istinadən Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, “Bloomberg” agentliyi Amerika liderinin bununla bağlı açıqlamasından sitat gətirib.
“Biz çoxlu pula qənaət edirik, lakin ordu qurmalıyıq və güclü olmalıyıq, çünki hazırda ətrafımızda çoxlu pis qüvvələr var. Bu büdcə ABŞ tarixində ordu üçün ən böyük maliyyə vəsaiti olacaq”, - Donald Tramp vurğulayıb.
Bununla belə, aprelin 5-də “Military.com” portalı ABŞ Müdafiə nazirliyinin üç rəsmisinə istinadən ölkənin ordu komandanlığının şəxsi heyətin sayının geniş miqyasda azaldılması imkanını nəzərdən keçirdiyi barədə məlumat yayıb. Söhbət 90 minə yaxın insanın işdən çıxarılmasından gedir.
Hazırda Amerika ordusunda təxminən 450.000 nəfər xidmət edir. Kadr dəyişikliyindən sonra onların sayının 360-420 minə qədər azalacağı gözlənilir.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью