Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Vaşinqton, 17 iyun, AZƏRTAC
Amerika Birləşmiş Ştatları (ABŞ) sahillərinə mövsümün ilk tropik fırtınası yaxınlaşır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.
Bildirilib ki, “Artur” tropik fırtınası ABŞ-nin cənubunda Texas ştatının orta sahillərində formalaşıb.
Cümə günü Luiziyana, Missisippi, Alabama, Corciya, Florida və Texas ştatlarında həyati təhlükə törədə biləcək güclü daşqınlar gözlənilir və bu prosesin həftənin sonuna kimi davam edəcəyi ehtimal olunur.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton