Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İran ABŞ tərəfindən elan edilən sanksiyaları iqtisadi terrorizm hesab edir.
Modern.az xəbər verir ki, bunu İranın Türkmənistandakı səfiri Əli Müctəba Ruzbehani jurnalistlərə açıqlamasında bildirib.
“İqtisadi diplomatiya prinsiplərinə uyğun olaraq, ABŞ-ın iqtisadi sanksiyalarına qarşı mübarizə aparmaq üçün effektiv tədbirlər görürük. Əsas əməkdaşlıq istiqamətlərimiz nəqliyyat və tranzitdir. Biz region ölkələri ilə bu əməkdaşlığı inkişaf etdirməyə çalışır və buna böyük əhəmiyyət veririk. Həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRİKS kimi regional təşkilatlarla əməkdaşlıq edərək əlaqələrimizi möhkəmləndirir, inkişaf edir və irəliləyirik. ABŞ tərəfindən elan edilən qanunsuz sanksiyaları iqtisadi terrorizm hesab edirik”, - deyə o, İran səfirliyində keçirilən brifinqdə bildirib.
Ruzbehani əlavə edib ki, İranın coğrafi mövqeyi ölkəyə böyük üstünlük verir. Onun sözlərinə görə, İran dünyanın 15 ölkəsi ilə münasibətlərini qoruyub saxlayır və həmin ölkələrlə çox səmərəli əməkdaşlıq edir.