ABŞ nin sərnişin gəmisində norovirus aşkarlanıb

03.07.2026

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Amerikanın "Princess Cruises" kruiz gəmisində yeni bir norovirus epidemiyası baş verib. Nəticədə 123 sərnişin virusa yoluxub.

"Bakupost" xarici mətbuata istinadən xəbər verir ki, bu, ABŞ şirkətinə məxsus gəmidə qeydə alınan üçüncü haldır.

Gəmi iyunun 12-də San-Fransiskodan Alyaska və Kanadaya yola düşüb. Səyahətin başlamasından iki həftə sonra Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin(CDC) rəsmiləri sərnişinlər arasında virusun aşkarlandığı barədə bildiriş alıblar. Gəmidə olan 3032 sərnişin və 1144 heyət üzvündən yalnız 123-də virus testi müsbət çıxıb.

Gəmi dezinfeksiya üçün iyulun 2-də San-Fransiskoda lövbər salıb.

Bildirilir ki, norovirus yüksək yoluxucudur və ishal və qusmağa səbəb ola bilər. Xəstəlik çirklənmiş əşyalara toxunmaqla yayılır.

Rüfət Sultan,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью