ABŞ nin strateji neft ehtiyatları 3 milyon barel azalıb

14.07.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

ABŞ-nin strateji neft ehtiyatları ötən həftə təxminən 3 milyon barel azalaraq 316,5 milyon barelə çatıb ki, bu da 1983-cü ilin aprel ayından bəri ən aşağı səviyyədir.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, ehtiyatların azalması ABŞ-nin anbardan 172 milyon barel neftin azad edilməsi ilə bağlı razılaşmasının bir hissəsidir. 

Mütəxəssislərə görə, bu azalma  qlobal enerji bazarının inkişafına təsir göstərə biləcək problemdir.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью