Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-nin strateji neft ehtiyatları həftə ərzində təxminən 400 min barel azalaraq uzun illərdən sonra ən aşağı səviyyəyə düşüb.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, ABŞ-nin strateji neft ehtiyatları 1982-ci ilin oktyabr ayından bəri ən aşağı səviyyə olan 282,2 milyon barelə düşüb.
Bununla da neft ehtiyatları həftə ərzində təxminən 400 min barel azalıb
Daha aşağı səviyyə sonuncu dəfə 1982-ci ildə, 15 oktyabrda bitən hesabat həftəsinin sonunda qeydə alınıb və həmin ildə ehtiyatlar 280,802 milyon barel təşkil edib.
ABŞ-nin Strateji Neft Ehtiyatları bu ilin avqust ayının sonlarında 1982-ci ildən bəri ən aşağı səviyyəyə çatmağa başlayıb.
Oktyabrın əvvəlində isə bu rəqəm 283 milyon barelə düşüb.