Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
ABŞ-nin Strateji Neft Ehtiyatı 1982-ci ilin oktyabrından bəri ən aşağı səviyyəyə enib.
Bakivaxti.az "USA Today"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.
Məlumata görə, həftə ərzində ehtiyatlar təxminən 3,1 milyon barel azalıb. Əvvəlki ən aşağı göstərici 1982-ci ildə qeydə alınmışdı və 278,725 milyon barel təşkil edirdi.
Ehtiyatlardakı azalma bu ilin avqust ayının sonunda başlayıb.
Qeyd edək ki, Strateji Neft Ehtiyatı 1975-ci ildə qlobal enerji böhranından sonra fövqəladə hallar üçün ABŞ Konqresinin qərarı ilə yaradılıb.
Gülşən Şərif