Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Avropalı rəsmi şəxslər ABŞ-nin Ukraynadakı münaqişəni tənzimləmək üçün hazırladığı sülh planını “çox pis” adlandırıblar.
Redaktor.az bu barədə "Politico"ya istinadla məlumat verir.
28 bəndlik yeni təkliflə tanış olan yüksək vəzifəli avropalı məmur plan barədə yalnız iki sözlə belə qiymətləndirib: “çox pis plan”. Eyni zamanda, mənbə qeyd edib ki, ehtimal ki, Ukrayna tərəfi bu təkliflə razılaşmaq məcburiyyətində qalacaq.
Başqa bir yüksək vəzifəli avropalı isə bildirib ki, ABŞ-nin sülh planının təqdimatı üçün seçilmiş vaxt çox uğursuzdur. Hazırda Ukrayna Prezidenti Volodimir Zelenski korrupsiya qalmaqalı və Rusiya qüvvələrinin cəbhədəki uğurları səbəbindən ciddi təzyiq altındadır.
Aytəkin TOFİQQIZI