ABŞ nin “super F 16 donanması” Şimali Koreyanın qapısına çatır

09.07.2025

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Koreya yarımadasında hərbi hazırlığı artırmaq üçün özünün təkmilləşdirilmiş F-16 donanmasını Cənubi Koreyaya yerləşdirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ Şimali Koreyanın nüvə təhlükələrinə qarşı çıxmaq üçün Cənubi Koreyaya təkmilləşdirilmiş F-16 qırıcılarından ibarət eskadron yerləşdirib.

ABŞ Hərbi Hava Qüvvələrinin 51-ci Qırıcı Eskadrilyasından verilən açıqlamaya görə, Yaponiyadakı Misava aviabazasından gətirilən bu təyyarələr iyunun 26-27-də Osan aviabazasına eniş edib.

Qabaqcıl sistemlərlə təchiz edilən F-16-lar beşinci nəsil döyüş təyyarələrinə yaxınlaşan imkanları ilə seçilir. Bu, həm sağ qalma qabiliyyətini, həm də silah sistemlərinin dəqiqliyini əhəmiyyətli dərəcədə artırır.

Keçən yay ABŞ qüvvələri Osan bazasında ilk “super F-16 eskadronu” yaratmışdı. Oktyabrda həmin bazada ikinci super eskadronun yaradılması planlaşdırılır.

Hər bir eskadronda 31 döyüş təyyarəsi olacaq. Bu genişləndirilmiş eskadrilyaların məqsədi Koreya yarımadasında hərbi hazırlıq səviyyəsini və döyüş qabiliyyətini artırmaqdır.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью