ABŞ nin sursat ehtiyatı kifayət qədərdir Tramp

06.08.2026

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp ölkədə sursat çatışmazlığı ilə bağlı yayılan məlumatları təkzib edərək, Vaşinqtonun böyük həcmdə döyüş sursatı ehtiyatına malik olduğunu bildirib.

Redaktor.az xəbər verir ki , Tramp Truth Social sosial şəbəkəsində paylaşdığı açıqlamada qeyd edib ki, ABŞ-də sursatlar ehtiyac yarandıqca böyük həcmdə istehsal olunur və ölkəyə çatdırılır.

Amerika lideri, həmçinin belə məlumatları yayan şəxslərin uzunmüddətli həbs cəzası ilə üzləşə biləcəyini vurğulayıb.

Xatırladaq ki, avqustun 4-də CNN telekanalı məlumatlı mənbələrə istinadən ABŞ ordusunun İranla münaqişə başlayandan bəri əsas raket ehtiyatlarının böyük hissəsini istifadə etdiyini iddia etmişdi. Məlumata görə, THAAD sistemləri üçün nəzərdə tutulan raket əleyhinə raketlərin təxminən 80 faizi, Patriot hava hücumundan müdafiə sistemləri üçün zenit raketlərinin isə 50 faizi sərf olunub.

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью