Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 27 avqust, AZƏRTAC
Birləşmiş Ştatların xam neft hasilatı artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
EIA-ya görə, ötən hesabat həftəsində ABŞ-nin neft hasilatı 13 min barel artaraq sutkada orta hesabla 13 milyon 843 min barel olub.
Keçən həftə ABŞ-nin neft idxal əvvəlki həftəyə görə 435 min barel azalaraq sutkalıq 6 milyon 158 min barel, neft ixracı da əvvəlki həftə ilə müqayisədə 274 min barel geriləyərək gündəlik 3 milyon 792 min barel təşkil edib.
Cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik orta hesabla 13 milyon 800 min barel olacağı gözlənilir.