ABŞ nin sutkalıq neft hasilatı 13,7 milyon barelə geriləyib

04.06.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 4 iyun, AZƏRTAC

ABŞ-nin gündəlik xam neft istehsalı azalıb.

AZƏRTAC ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, ötən hesabat həstəsində Amerika Birləşmiş Ştatların neft hasilatı 8 min barel azalaraq sutkada orta hesabla 13 milyon 707 min barel olub.

Ötən həftə ABŞ-nin neft idxalı əvvəlki həftəyə görə 1 milyon 186 min barel artaraq sutkalıq 6 milyon 397 min barel, neft ixracı da əvvəlki həftə ilə müqayisədə 1 milyon 434 min barel çoxalaraq gündəlik 5 milyon 874 min barel təşkil edib.

EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik orta hesabla 13 milyon 650 min barel olacağı gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью