ABŞ nin sutkalıq neft hasilatı 13,8 milyon bareldir

13.08.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 13 avqust, AZƏRTAC

Birləşmiş Ştatların gündəlik xam neft istehsalı ötən hesabat həftəsində cüzi artıb.

AZƏRTAC ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, Birləşmiş Ştatların neft hasilatı min barel artaraq sutkada orta hesabla 13 milyon 805 min barel səviyyəsində olub.

Keçən həftə ABŞ-nin neft idxalı əvvəlki həftəyə görə 1 milyon 140 min barel artaraq sutkalıq 7 milyon 339 min barel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 627 min barel azalaraq gündəlik 3 milyon 58 min barel təşkil edib.

EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik orta hesabla 13 milyon 800 min barel olacağı gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью