ABŞ nin sutkalıq neft istehsalı 13,8 milyon barel səviyyəsindədir

20.08.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 20 avqust, AZƏRTAC

Birləşmiş Ştatların gündəlik xam neft hasilatı artır.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

EIA-ya görə, ötən hesabat həftəsində ABŞ-nin neft hasilatı 25 min barel artaraq sutkada orta hesabla 13 milyon 830 min barel olub. Keçən həftə ABŞ-nin neft idxalı əvvəlki həftəyə görə 746 min barel azalaraq sutkalıq 6 milyon 593 min barel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 1 milyon 8 min barel artaraq gündəlik 4 milyon 66 min barel təşkil edib.

Cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik orta hesabla 13 milyon 800 min barel olacağı gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью