ABŞ nin tarixində ilk: 40 trilyon dolları keçdi

20.08.2026

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Amerika Birləşmiş Ştatlarının ümumi dövlət borcu tarixdə ilk dəfə olaraq 40 trilyon dollar həddini keçib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ABŞ Maliyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, həmin tarixdə hökumətin borcunun məbləği 32,265 trilyon dolları keçib, hökumətlərarası borc isə 7,781 trilyon dollara çatıb.

Bununla, ABŞ-nin ümumi dövlət borcu 40,047 trilyon dollar olaraq hesablanıb.

ABŞ-nin dövlət borcu 2022-ci ilin əvvəlində 30 trilyon dollar səviyyəsini keçib. Ölkənin dövlət borcunun 5 ildən az müddətdə 10 trilyon dollar artması diqqət çəkir.

Pandemiya dövründə stimullaşdırıcı paketlər, faiz xərclərinin artması və vergi endirimləri kimi amillər bu artıma təsir edib.

ABŞ hökumətinin borcu bu ilin əvvəlində 38,4 trilyon dollar olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью